Süni intellekt şirkəti Mistral AI, 830 milyon dollar borc maliyyəsi əldə etdi
Süni intellekt şirkəti Mistral AI, bulud infrastrukturu yönümlü Koyeb’i satın aldığını bu ilin fevral ayında açıqlamışdı. İndi isə yeni bir xəbər ilə gündəmə gəlib.
Mistral AI, 830 milyon dollar borc maliyyəsi əldə edib. Fransa mərkəzli şirkət, bu maliyyəni BNP Paribas, Crédit Agricole CIB, HSBC və MUFG kimi 7 bankdan ibarət konsorsiumdan alıb.
Mistral, aldığı borc maliyyəsini Paris yaxınlığında yeni bir məlumat mərkəzi qurmaq və Avropadakı süni intellekt infrastrukturlarını genişləndirmək üçün istifadə edəcəyini açıqlayıb.
2023-cü ildə Arthur Mensch, Guillaume Lample və Timothée Lacroix tərəfindən qurulan Mistral, açıq mənbəli böyük dil modelləri (LLM-lər) inkişaf etdirməyə yönəlib. Mistral Large 2 kimi çoxdilli, proqramlaşdırma dillərində yetkin və geniş kontekst uzunluğuna malik modellər təqdim edir.
Şirkət, Parisdəki mərkəzi vasitəsilə həm süni intellekt modelləri, həm də infrastruktura xidmətləri təmin edir. Müştəriləri arasında Fransız silahlı qüvvələri və texnologiya müstəqilliyinə önəm verən müəssisələr var.

Bir cavab yazın