Anthropic, Claude istifadəsində kimlik doğrulama sisteminə keçir

Anthropic, Claude istifadəsində kimlik doğrulama sisteminə keçir

Anthropic, süni intellekt assistanı Claude üçün yeni bir kimlik doğrulama prosesini tətbiq etməyə başlayıb. Şirkət, bəzi istifadəçilərin müəyyən xüsusiyyətlərə daxil olmaq üçün rəsmi kimlik sənədi və canlı selfie ilə doğrulama etməli olacağını bildirib.

Anthropic-in dəstək səhifəsindəki məlumatlara görə, sistem yalnız pasport, sürücülük vəsiqəsi və ya milli kimlik kartı kimi dövlət tərəfindən verilmiş fiziki kimlik sənədlərini qəbul edir. Digital nüsxələr və ekran görüntüləri isə etibarlı sayılmır.

Yeni tətbiq hazırda bütün istifadəçilər üçün məcburi deyil; lakin şirkət, “bəzi istifadə senarilərində” kimlik doğrulamanın tələb oluna biləcəyini vurğulayır. Bu prosesin platformanın təhlükəsizliyini artırmaq, sui-istifadəni önləmək və hüquqi öhdəliklərə riayət etmək məqsədilə həyata keçirildiyi bildirilir.

İstifadəçilərin dövlət tərəfindən verilmiş fotoşəkilli kimlik sənədlərini yükləməsi və bəzən real vaxtda selfie ilə doğrulama etməsi tələb olunur. Bu yanaşma, klassik KYC (müştəri tanı) proseslərini xatırladır.

Anthropic, doğrulama zamanı toplanan məlumatların yalnız kimlik doğrulama məqsədilə istifadə olunacağını və modelin təlimi üçün istifadə edilməyəcəyini vurğulayır.

Bu addım, istifadəçilər arasında gizlilik müzakirələrini də gündəmə gətirib. Claude-un rəqibləri olan ChatGPT və Gemini kimi platformalarda belə bir kimlik doğrulama tələbinin olmaması, bu addımın rəqabət baxımından necə nəticələr verəcəyini sual altına alır.

Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir