Google sənaye robototexnikasında böyük addım ataraq Intrinsic şirkətini öz strukturuna daxil etdi. Bu startap əvvəllər Alphabet-in moonshot laboratoriyası olan X Development daxilində yaradılmışdı.
Intrinsic-in əsas məqsədi robotları proqramlaşdırmağı asanlaşdırmaqdır. Onların yaratdığı Flowstate platforması minlərlə sətir kod yazmadan robot tətbiqləri qurmağa imkan verir. CEO Vendi Tan Uayt bunu “robotların Android sistemi” kimi təsvir edir.
Google bu addımla robot texnologiyalarını bir platformada birləşdirir:
- Google DeepMind – süni intellekt modelləri
- Intrinsic – robot proqram təminatı
- Google Cloud – bulud infrastrukturu
Məqsəd: fabriklərdə ağıllı robotların daha sürətli və daha ucuz tətbiqi.
Ekspertlərin fikrincə, ümumi təyinatlı robotlar bazarı 2040-a qədər 370 milyard dollara çata bilər.

Bir cavab yazın