YouTube deepfake videolarına qarşı yeni sistem tətbiq edir

YouTube süni intellektlə yaradılan deepfake videoları aşkarlayan texnologiyanı genişləndirərək pilot layihə çərçivəsində dövlət rəsmiləri, siyasətçilər və jurnalistlərə təqdim edib. Yeni alət istifadəçilərə onların simasını və ya görüntüsünü imitasiya edən AI videolarını aşkar etməyə və platformadan silinməsini tələb etməyə imkan verir.

Bu texnologiya ötən il təxminən 4 milyon YouTube tərəfdaş yaradıcısı üçün istifadəyə verilmişdi. Sistem YouTube-un müəllif hüquqlarını qoruyan Content ID mexanizminə bənzər şəkildə işləyir və AI vasitəsilə yaradılmış saxta üzləri müəyyən edir.

Şirkət bildirir ki, bu addım dezinformasiya və manipulyasiya risklərini azaltmaq məqsədi daşıyır. Bununla belə, hər müraciət avtomatik olaraq qəbul edilməyəcək və YouTube məzmunu parodiya və ya siyasi tənqid olub-olmadığını ayrıca qiymətləndirəcək.

Pilot proqramda iştirak edən şəxslər əvvəlcə selfie və rəsmi sənəd təqdim edərək şəxsiyyətlərini təsdiqləməlidirlər. YouTube gələcəkdə bu texnologiyanı daha geniş istifadəçilərə təqdim etməyi və hətta pozuntu yaradan videoların yayımlanmadan əvvəl bloklanmasını planlaşdırır.

Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir